Binədə 5 evdən oğurluq edən şəxs tutuldu

   Binədə 5 evdən oğurluq edən şəxs tutuldu
  05 Dekabr 2019    Oxunub:1879
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti