Bakı-Sumqayıt qatarında növbəti problem

   Bakı-Sumqayıt qatarında növbəti problem
  05 Dekabr 2019    Oxunub:2288
Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
Bu barədə Azvision.az -a "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Qatar  





Xəbər lenti