Sarkisyana ittiham irəli sürüldü: 1 milyon dollarlıq mənimsəmə

Sarkisyana ittiham irəli sürüldü:  1 milyon dollarlıq mənimsəmə
  05 Dekabr 2019    Oxunub:3936
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan 1 milyon dollardan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Komitəsi tərəfindən Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.
Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən 1 milyon dollardan çox vəsait mənimsəyib.

Qeyd edək ki, Serj Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra ölkədə başlayan etiraz aksiyaları fonunda istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti