“Oqtay Əsədovun Cavid adlı qardaşı oğlu yoxdur” - Açıqlama

“Oqtay Əsədovun Cavid adlı qardaşı oğlu yoxdur” -    Açıqlama
  05 Dekabr 2019    Oxunub:3395
Son vaxtlar bir sıra KİV-də Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti təkzib yayıb.

KİV-də dərc olunan yazıda bildirilir ki, guya parlament sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat xidmətinin yaydığı məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur.

Azvision.az



Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti