Türkiyədə bir ayda 131 terrorçu zərərsizləşdirilib

Türkiyədə bir ayda 131 terrorçu zərərsizləşdirilib
  04 Dekabr 2019    Oxunub:2481
Cari ilin noyabr ayı ərzində Türkiyədə 9889 antiterror əməliyyatı keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar zamanı ölkədə 131 terrorçu zərərsizləşdirilib. Onlardan 39-u ölü, 53-ü isə sağ olaraq ələ keçirilib.

Daha 39 terrorçu təslim olub. Hüquq-mühafizə orqanlarının əməkaşları terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən 3 min 382 nəfəri saxlayıb. Onlardan da 584-ü həbs edilib.

Azvision.az


Teqlər: Türkiyə   Terrorçu  





Xəbər lenti