Gömrükdə qaçaqmalçılığın qarşısı alınıb

Gömrükdə qaçaqmalçılığın qarşısı alınıb
  04 Dekabr 2019    Oxunub:2184
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının gömrük sərhədindən bəyan etmədən ölkəyə keçirmə cəhdinin qarşısını alıblar.
Komitədən Azvision.az -a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Vətəndaş yoxlama otağına dəvət olunub və əl çantasının içərisində çəkisi 2 kq 800 qram olan gümüş məftil aşkarlanıb.

Daha sonra o üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi ümumi çəkisi 223,33 qram olan zərgərik məmulatlarını 10 ədəd qolbaq, 66 ədəd boyunbağı, 2 ədəd təsbehi gömrük əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti