Bakıda maşın qaçıran dəstə tutuldu

Bakıda maşın qaçıran dəstə tutuldu
  04 Dekabr 2019    Oxunub:2291
DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti