Qazaxıstanda 5,2 bal gücündə zəlzələ olub

Qazaxıstanda 5,2 bal gücündə zəlzələ olub
  04 Dekabr 2019    Oxunub:1887
Qazaxıstanın Almatı vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Almatıdan 303 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı isə 15 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Zəlzələ  





Xəbər lenti