Mingəçevirdə zəncirvari qəza: 2 nəfər yaralanıb

Mingəçevirdə zəncirvari qəza:   2 nəfər yaralanıb
  04 Dekabr 2019    Oxunub:3347
Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə şəhər stadionu yaxınlığında qeydə alınıb.

Belə ki, “Lada”, “Kia” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb. Yaralılar 1996-cı il təvəllüdlü İsgəndərova Zərifə Akif qızı və 1991-ci il təvəllüdlü Təhməzov Ruslan Fərhad oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Mingəçevir   Qəza   Maşın  





Xəbər lenti