Abşeron rayonunda yanğın olub

Abşeron rayonunda yanğın olub
  03 Dekabr 2019    Oxunub:2190
Abşeron rayonunda ev yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyü 20 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti