Məmmədyarov erməni nazirlə görüşəcəyini təsdiqlədi

 Məmmədyarov erməni nazirlə görüşəcəyini təsdiqlədi
  03 Dekabr 2019    Oxunub:3132
"Dekabrın 4-də Bratislavada ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ermənistanlı həmkarım Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəyik".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüşdən əsas gözləntisi münaqişənin həlli ilə bağlı irəli addım atmaqdan ibarətdir: "Mövcud status-kvo heç kim üçün məqbul deyil. Hər kəs başa düşür ki, münaqişənin həlli tapılmalıdır. Təhlükəsizliyin təmin olunması üçün silahlı qüvvələr kazarmalara qayıtmalıdır. Ümid edirəm ki, sabah bu məsələləri müzakirə edəcəyik. Həmçinin həmsədr ölkələrin xarici işlər nazirləri də görüşəcək. Üç nazir və üç həmsədr ölkənin bəyanat qəbul etməsinə çalıçacağıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti