BDU-nun iki tələbəsi təcili xəstəxanaya yerləşdirildi

 BDU-nun iki tələbəsi təcili xəstəxanaya yerləşdirildi
  03 Dekabr 2019    Oxunub:4962
Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsi təcili xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, kirayə yaşadıqları evdə iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub.
"Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir", - deyə nazirlikdən bildirilib.

Azvision.az



Teqlər: BDU   Tələbə  





Xəbər lenti