Prezident SOCAR-a yeni vitse-prezident təyin etdi

   Prezident SOCAR-a yeni vitse-prezident təyin etdi
  03 Dekabr 2019    Oxunub:10322
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,- “Azneft”dən bildiriblər.

Qeyd edək ki, təyinata qədər neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsində Rəhman Qurbanov çalışıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: SOCAR   Vitse-prezident  





Xəbər lenti