“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir” - İordaniya XİN

 “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir” -  İordaniya XİN
  03 Dekabr 2019    Oxunub:2040
İordaniya Haşimilər Krallığı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Azvision.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər naziri Ayman Safadi İrəvanda baş nazir Nikol Paşinyanla görüşü zamanı bildirib.
XİN rəhbəri regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında münaqişələrin sülh yolu ilə həllinin əhəmiyyətli olduğunu əlavə edib.

Qeyd edək ki, iordaniyalı nazir dünən Ermənistanda bir sıra rəsmi görüşlər keçirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İordaniya   XİN   Qarabağ  





Xəbər lenti