Yeni ildə bir həftə iş olmayacaq

  02 Dekabr 2019    Oxunub : 9378
 Yeni ildə bir həftə iş olmayacaq
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Azvision.az

Teqlər: Yeni-İl   Bayram   Nazirlər-Kabineti