Suriyada partlayış - 3 rus hərbçisi yaralanıb

 Suriyada partlayış  - 3 rus hərbçisi yaralanıb
  02 Dekabr 2019    Oxunub:2524
Suriyada zirehli avtomobilin yolunda bomba partlaması nəticəsində üç rus hərbçisi yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomobil Rusiya hərbi polisinə məxsus olub. Yaralananların həyatı üçün hər hansı təhlükə yoxdur.

Hadisə Hələb əyalətinin Kobani rayonu, Koran kəndindən yarım kilometr qərbdə baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Partlayış  





Xəbər lenti