Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib
O qeyd edib ki, Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb. Sevindirici haldır ki, artıq onların sayı 13 olub.
2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Azvision.az
Teqlər: Zubr