Azərbaycanlı teleaparıcı haqqında araşdırma - 8 milyardlıq təyyarə, yaxta...

 Azərbaycanlı teleaparıcı haqqında araşdırma -  8 milyardlıq təyyarə, yaxta...
  02 Dekabr 2019    Oxunub:31986
Kreml azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun apardığı araşdırma haqqında məlumatlı deyil və bunu şərh edə bilməz.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim bu istintaq barədə məlumatımız yoxdur. Buna görə də hər hansı açıqlama verə bilmərik ", - deyə Peskov vurğulayıb.
Bundan əvvəl, Korrupsiyaya qarşı Mübarizə Fondu aparıcıya VTB Bankın rəhbəri Andrey Kostin tərəfindən hədiyyə edildiyi iddia olunan təyyarə və yaxta ilə bağlı material yayımlayıb.

Xatırladaq ki, “Rossiya1” televiziya kanalının aparıcısı Nailə Əsgərzadənin Bombardier Global 6000 təyyarəsi və 62 metrlik yaxtadan istifadə etdiyi iddia olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında deyilir. Araşdırma müəllifləri bunun jurnalistin VTB Bankın prezidenti ilə yaxın münasibətləri nəticəsində mümkün olduğunu hesab edirlər.

Təyyarə və yaxtanın ümumi dəyəri 8 milyard rubl təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Teleaparıcı  





Xəbər lenti