“Müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik”

“Müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik”
  02 Dekabr 2019    Oxunub:2861
“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, bu, müxalifət üçün bir şansdır ki, parlamentdəki yerlərini artırsın. Həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”.

Deputat qeyd edib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır: “Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: QüdrətHəsənquliyev  





Xəbər lenti