“Dünya siyasətində heç kimə etibar etmirəm” - Zelenski

 “Dünya siyasətində heç kimə etibar etmirəm” -  Zelenski
  02 Dekabr 2019    Oxunub:2988
Ukrayna Prezidenti Vladimir Zelenski dünya siyasətində heç kimə, o cümlədən Rusiyanın dövlət başçısı Vladimir Putinə də etibar etmədiyini deyib.

Azvision.az xəbər verir ki, bu barədə o, Fransanın “Monde” nəşrinə müsahibəsində bildirib.
“Mən heç kimə etibar etmirəm. Riyaziyyatdan fərqli olaraq, siyasət dəqiq elm deyil. Burada söhbət bir və ya bir neçə naməlum tənliyi həll etməkdən getmir. Siyasətdə yalnız bilinməyənlər var. Hər kəs öz maraqlarını müdafiə edir",- deyə Zelenski əlavə edib.

Putinlə münasibətlərinə gəlincə, Ukrayna lideri həmkarı ilə üç dəfə telefon danışığı olduğunu və bunun 2018-ci ilin noyabrında Rusiya sərhədini pozduqlarına görə saxlanılan Ukrayna hərbçilərinin geri qaytarılması daxil olmaqla, tutulanların eyni vaxtda sərbəst buraxılması kimi nəticəyə gətirdiyini vurğulayıb.


Pərvanə Sultanova

Azvision.az


Teqlər:





Xəbər lenti