Azərbaycanda İİV-in ən çox yayıldığı bölgələr

  Azərbaycanda İİV-in ən çox yayıldığı bölgələr
  02 Dekabr 2019    Oxunub:1702
"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır".
Azvision.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, bu, ölkəyə daha çox cənubdan narkotiklərin keçirilməsi ilə bağlıdır:

"Göstəricilər Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%, Bakıda isə 7.5%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23.6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75.7 faizi regionlarda yaşayır. 0.7 faiz şəxsin isə ərazi mənsubiyyəti naməlumdur".

N.Zülfüqarov qeyd edib ki, cənub zonasında əhali az olduğuna görə, yeni yoluxma faizi yüksək görünür: "Əsas yoluxanlar Bakı şəhərində yaşayır. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti