Komitə sədri: “Bu, YAP-ın siyasi mədəniyyətini göstərir”
Komitə sədri bildirib ki, bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu: “Bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir".
Ə.Hüseynli qeyd edib ki, bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir: "Hesab edirəm ki, bir sıra ekspertlər və bəzi opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ konstitusiyasının 98-1-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Əli-Hüseynli Milli-Məclis