Qaçırdığı maşınla birgə saxlanıldı

  02 Dekabr 2019    Oxunub : 1124
Qaçırdığı maşınla birgə saxlanıldı
Şəki ŞRPŞ-yə müraciət edən Aşağı Göynük kənd sakini Ş.Hümmətov noyabrın 30-da kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini V.Mustafabəyli həmin gün avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN