Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  02 Dekabr 2019    Oxunub:1920
Noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti