Bu il Azərbaycanda 592 nəfər İİV-ə yoluxub

   Bu il Azərbaycanda 592 nəfər İİV-ə yoluxub
  02 Dekabr 2019    Oxunub:2887
Azərbaycanda 2019-cu ilin 11 ayı ərzində 592 nəfərdə İİV-ə yoluxma faktı aşkar edilib. Onlardan 563 (95 faiz) nəfəri Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.

Azvision.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 nəfəri kişi, 192 nəfəri isə qadındır: "Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır. Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir".

N.Zülfüqarov qeyd edib ki, indiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər təşkil edib.

"İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir. 2019-cu ilin 11 ayının sonuna qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanın köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir", - deyə N. Zülfüqarov vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: İİV  





Xəbər lenti