Lavrovun Bakıya səfəri başlayır - Qarabağ müzakirə ediləcək
"Xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilib.
Səfər zamanı xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmə planının imzalanması da gözlənilir.
Pərvanə Sultanova
Azvision.az