Daşkəsəndə sərxoş kişini odunla döydülər

Daşkəsəndə sərxoş kişini odunla döydülər
  02 Dekabr 2019    Oxunub:1825
Daşkəsən rayonunda tanışlar arasında dava düşüb. 
Azvision.az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Fərman Həsənov tanıdığı şəxs tərəfindən odunla döyülüb. Ağır bədən xəsarəti alan F.Həsənov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

İlkin məlumata görə, F.Həsənov üz və baş nahiyələrindən ağır xəsarət alıb. Dava zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Daşkəsən   Dava  





Xəbər lenti