Sumqayıtda meyit tapılıb

Sumqayıtda meyit tapılıb
  01 Dekabr 2019    Oxunub:2657
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində iki qarajın arasında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Sumqayıt   FHN   Meyit  





Xəbər lenti