Tağı Əhmədov yeni iş qrafikinə keçdi

Tağı Əhmədov yeni iş qrafikinə keçdi
  16 Dekabr 2013    Oxunub:1008
Yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artması Bakı metropolitenin rəhbərliyin daha optimal hərəkət qrafikinin tətbiq etmək məcburiyyəti qarşısında qoyub. AzVision.az xəbər verir ki, bu barədə metropolitenin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Metropolitenin bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib.

Xidmətin mühəndis və dispetçerlərinin xeyli vaxtdır üzərində çalışdıqları bu qrafikə görə, gur saatlarda xəttə qatarların sayı artırılıb. Əgər əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə («28 May-Həzi Aslanov» sahəsində) çatdırılıb.

Günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti