Bakıda yanğın: 7 nəfər tüstüdən zəhərləndi

  Bakıda yanğın:  7 nəfər tüstüdən zəhərləndi
  01 Dekabr 2019    Oxunub:4042
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.
Azvision.az -ın APA-ya istinadən verdiyi məlumata görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti