Şenol Günəş püşkü dəyərləndirdi: "Biz Bakını istəyirdik"

   Şenol Günəş püşkü dəyərləndirdi:    "Biz Bakını istəyirdik"
  30 Noyabr 2019    Oxunub:1650
"Rəqiblərimizdən daha çox qrup oyunlarını hansı şəhərdə keçirəcəyimizi, səyahətləri müzakirə etmişdik. Biz Bakını istəyirdik"
Azvision.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Avropa çempionatının final mərhələsinin püşkatmasının nəticələri barədə danışarkən deyib.

"Uzun bir səyahət olsa da, Azərbaycanda doğma meydanımızdakı kimi oynayacağımızı düşünürük" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.

Azvision.az



Teqlər:





Xəbər lenti