Bakı polisi Lökbatandakı mitinqlə bağlı məlumat yaydı

 Bakı polisi Lökbatandakı mitinqlə bağlı məlumat yaydı
  30 Noyabr 2019    Oxunub:2833
Bakı şəhər Baş Polis İdarəsi Lökbatanda keçirilən mitinqlə bağlı məlumat yayıb.
İdarədən Azvision.az-a verilən məlumata görə, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.

Azvision.az



Teqlər: Mitinq   Polis   Aksiya  





Xəbər lenti