Medvedevdən Əli Əsədova ad günü təbriki

 Medvedevdən Əli Əsədova ad günü təbriki
  30 Noyabr 2019    Oxunub:2673
Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycanın Baş naziri Əli Əsədovu ad günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya ilə Azərbaycanı geniş sahələrdə davamlı inkişaf edən mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, hökumət xətti ilə aparılan birgə aktiv iş Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirəcək və müxtəlif sahələrdə yeni perspektivli layihələrin icrasına əlverişli şərait yaradacaqdır", - təbrik məktubunda deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Medvedev   Əli-Əsədov   Təbrik  





Xəbər lenti