Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?
  30 Noyabr 2019    Oxunub:1921
Ölkə ərazisində dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-15° isti, Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı ehtimal edilir.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti