Binəqədidə yol qəzası, ölənlər var

Binəqədidə yol qəzası, ölənlər var
  29 Noyabr 2019    Oxunub:2980
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
Azvision.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Yolqəzası  





Xəbər lenti