Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi dəyişib
  29 Noyabr 2019    Oxunub:1880
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-110 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, noyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 101 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 55 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 104 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla normanın 116 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 337 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 151 santimetr olub. Salyanda suyun səviyyəsi 2 santimetr azalaraq 83 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb və 137 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 47 santimetr olub.

Azvision.az



Teqlər: Kür   Çay  





Xəbər lenti