18 evdən oğurluq edən şəxslər tutuldu

18 evdən oğurluq edən şəxslər tutuldu
  29 Noyabr 2019    Oxunub:1827
Oğurluq etdiyinə görə tutulan şəxslərin törətdikləri digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Ə.Savdumovun və O.Paşazadənin ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində 18 evdən təmir-tikinti alətləri, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlamaları, habelə bir evdə məişət əşyalarını sındırması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti