Pirəkəşküldə tapança ilə qətl törədilib

Pirəkəşküldə tapança ilə qətl törədilib
  29 Noyabr 2019    Oxunub:2921
Noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunan O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunan Kamran Xəlilovu qətlə yetirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.

Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti