Parlamentdə spikerlə deputat arasında qalmaqal

 Parlamentdə spikerlə deputat arasında qalmaqal
  29 Noyabr 2019    Oxunub:3871
Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov ilə millət vəkili Elmira Axundova arasında qalmaqal yaşanıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı mübahisə düşüb.

Belə ki, E.Axundova çıxışını yekunlaşdırdıqdan sonra bəzi həmkarları müzakirələrin dayandırılmasını tələb ediblər. Bu zaman E.Axundova deyib ki, imkan verin, məsələ müzakirə olunsun.

Spiker Oqtay Əsədov xanım deputata iradını bildirib: “Özün danışıb, özün idarə etmirsən. İclası sən idarə etmirsən. Burada iclası mən idarə edirəm”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti