Azərbaycan-Rusiya Demarkasiya Komissiyası bəyanat yayıb

Azərbaycan-Rusiya Demarkasiya Komissiyası bəyanat yayıb
  29 Noyabr 2019    Oxunub:2167
Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası mətbuat üçün bəyanat yayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Azvision.az -a daxil olan bəyantada deyilir ki, cari ilin 27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   XİN   Azərbaycan   Bəyanat  





Xəbər lenti