Astara gömrüyündə sıxlığın yaranma səbəbi açıqlandı

Astara gömrüyündə sıxlığın yaranma səbəbi açıqlandı
  29 Noyabr 2019    Oxunub:2492
"Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan müvafiq olaraq piyadaların idxal-ixrac xətti ilə gün ərzində bir istiqamətdə 3000-4000 vətəndaş hərəkət edir. Ümumilikdə isə, idxal- ixrac xəttində gün ərzində 7000-8000 arası vətəndaşın hərəkəti təmin edilir".
Azvision.az xəbər verir ki, bunu Astara gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bayram günlərində, həcc və Kərbəla ziyarətlərində bu rəqəm artır: "Belə ki, idxal-ixrac xəttində keçən vətəndaşların sayı bu günlərdə 10 minə çata bilir".

H. Mehdiyev qeyd edib ki, sıxlıq əsasən nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunur: "Belə ki, gün ərzində idxal-ixrac xəttində 60-70 avtobus və minik vasitələrinin keçidini təmin edirik. Ziyarət dövründə isə gün ərzində bu rəqəm 300-400 avtobusa və nəqliyyat vasitələrinə qədər çata bilir. Sıxlığın qarşısını almaq üçün də "Elektron növbə" sistemi də tətbiq olunur".

Azvision.az



Teqlər: Gömrük  





Xəbər lenti