Tbilisidə etirazçılardan deputatlara "qara cümə" vədi

Tbilisidə etirazçılardan deputatlara "qara cümə" vədi
  29 Noyabr 2019    Oxunub:1968
Tbilisidə onlarla insan parlamentinin qarşısına toplaşaraq hakim partiyadan olan deputatlar üçün "qara cümə" təşkil edəcəklərini bildiriblər.
Azvision.az xəbər verir ki, etirazçılar yenidən parlament binasına girişlərində piket keçirməyi planlaşdırırlar.

Aksiya keçirənlər arasında müxalifətin siyasi liderləri, o cümlədən "Utanc", "Dəyişmək" və "Cəsarət" gənclər hərəkatlarının nümayəndələri də var. Polis parlament binasının girişlərində səfərbər olunub.

“Hökumət güzəştə getməsə, yenə burada gecələyəcəyik və onları içəri buraxmayacağıq. Bu vəziyyətdən çıxış yolu yoxdur. Hakimiyyət sağlam düşüncə göstərməlidir",- deyə Vahid Milli Hərəkat partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Avropa Gürcüstanı partiyasının liderlərindən biri Qigi Udumaşvili isə deyib ki, etirazçıların əsas məqsədi hakim partiyanın üzvlərinə narahatlıq yaratmaqdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Aksiya  





Xəbər lenti