Bakıda qətl - Oğlan sevgilisini bıçaqlayıb öldürdü

    Bakıda qətl     - Oğlan sevgilisini bıçaqlayıb öldürdü
  29 Noyabr 2019    Oxunub:3730
Bakıda qətl törədən şəxs saxlanılıb.
Azvision.az -ın məlumatına görə, hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.

S.Məmmədov şübhəli şəxs qismində tutulub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: Qətl   Cinayət  





Xəbər lenti