İraqda polislə toqquşmada 45 nəfər ölüb

İraqda polislə toqquşmada 45 nəfər ölüb
  29 Noyabr 2019    Oxunub:1824
İraqda son 24 saat ərzində nümayişçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin sayı 45 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” kanalı məlumat yayıb.

Daha əvvəl toqquşmalarda 32 nəfərin öldüyü bildirilmişdi.

İraqda yeni iğtişaş dalğası dünən səhər ölkənin cənubundakı Nəcəf şəhərində İranın Baş Konsulluğunun yandırılması ilə başlayıb. Son məlumatlara görə, burada 12 etirazçı ölüb.

Di-Kar əyalətindəki Nasiriya şəhərində isə azı 25 nəfər ölüb. Nümayişçilər əvvəlcə körpünü bloklamağa çalışıblar, daha sonra polis idarəsinin qarşısına toplaşıblar.

Paytaxt Bağdadda da ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, İraqda nümayişlər oktyabr ayının əvvəlindən başlayıb. Etirazçılar hökumətin istefasını, korrupsiyaya, işsizliyə son qoyulmasını və daha yaxşı yaşayış şəraiti tələb edirlər.

İndiyədək toqquşmalar və iğtişaşlar nəticəsində 300-dən çox insanın öldüyü və 15 minə yaxın insanın yaralandığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   İğtişaş  





Xəbər lenti