Zurabişvilinin Ukraynaya səfəri təxirə salındı

Zurabişvilinin Ukraynaya səfəri təxirə salındı
  29 Noyabr 2019    Oxunub:2041
Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna tərəfinin istəyi ilə noyabr ayında bu ölkəyə planlaşdırılan səfərini təxirə salıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Zurabişvili 2020-ci ildə Ukraynaya səfər edəcək.

Bu il Gürcüstan Prezidenti artıq Ukraynada olub və o, may ayında Prezident Zelenskinin andiçmə mərasimində iştirak edib. Həmçinin, Zelenskinin yaxın vaxtlarda Gürcüstana səfəri ilə bağlı yayılan məlumatlar da təkzib edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Zelenski  





Xəbər lenti