Həbsxanada daha bir qanunsuzluq

Həbsxanada daha bir qanunsuzluq
  16 Dekabr 2013    Oxunub:953
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1967-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Dilavər Baloğlan oğlu Baloğlanova vətəndaş Vaqif Əlican oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman “Servelat” kolbasasının içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd “Samsumg DUOS” markalı mobil telefon aparatı və 1 ədəd sellofana bükülmüş xalis çəkisi 24,333 qram olan narkotik maddə “Tiryək” aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seymur Səxavət oğlu Sövqatova dostu Ramin Səlim oğlu Rzayevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman kartofun içərisində əvvəlcədən oyularaq gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.



Teqlər:





Xəbər lenti