Şamaxıda yol tikintisinə 11,1 milyon manat ayrılıb

 Şamaxıda yol tikintisinə 11,1 milyon manat ayrılıb
  28 Noyabr 2019    Oxunub:3048
Prezident İlham Əliyev noyabrın 28-də “Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Şamaxı   Sərəncam  





Xəbər lenti