Bakıdakı yanğından 12 nəfər xilas edildi - FHN

Bakıdakı yanğından 12 nəfər xilas edildi - FHN
  16 Dekabr 2013    Oxunub:860
Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib.

Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti