Qənimət Zahidin Əlikram Hümbətovla əlaqələri üzə çıxır - FOTOFAKT

Qənimət Zahidin Əlikram Hümbətovla əlaqələri üzə çıxır -  FOTOFAKT
  28 Noyabr 2019    Oxunub:21554
Heç kimə sirr deyil ki, Müsavat partiyasına edilən son hücumların əsas məqsədi başqan Arif Hacılını istefaya məcbur etmək, onun yerinə keçmiş müavini Tofiq Yaqublunu gətirmək idi. Bu, planın görünən hissəsidir. Üzdə görünməyən məqam, yəni ikinci variant Müsavatı Milli Şuraya cəlb etməkdir.
Siyasi prosesləri izləyənlər üçün belə bir planın kim tərəfindən hazırlandığını təxmin etmək o qədər çətin deyil. Müsavata qarşı kampaniyanın AXCP sədri Əli Kərimlinin sifarişi ilə aparıldığından xəbərdar olan Arif Hacılı partiyanın gizli qrupunda "fövqəladə" durumu izah edərək “irticaya qarşı mübarizə aparmaq lazımdır” komandasını verib.



Bundan sonra Müsavat trollarının AXCP və Milli Şuraya qarşı "səlib yürüşü"nə start verilib. Partiya tərəfdarları sosial şəbəkələrdə əks həmlə edərək rəqib düşərgə üzvlərini ifşa etməyə başlayıblar.

Nə qədər qəribə olsa da, bunun ilk nümunəsi “Oyan” hərəkatının sədri Nahid Cəfərovdan gəlib. Belə ki, N.Cəfərov "Facebook" hesabında Fransada yaşayan Qənimət Zahidin rəhbərlik etdiyi “AND” hərəkatının 3 üzvünün Avropaya necə gəlməsi barədə suallar ünvanlayıb. Bu üç şəxsin - Seyran Rəfiyev, Emil Cəfərov və Vüqar Niftiyevin Avropaya kimin dəstəyi ilə gəlməsi və separatçı Əlikram Hümbətovla olan əlaqələri barədə məlumat verilməsini tələb edib.

Maraqlıdır ki, bu işdə Əli Kərimlinin Avropadakı əsas adamı hesab olunan Qənimət Zahidin rolu xüsusilə qeyd olunur və adları çəkilən şəxslərin onun qurbanları olduğu deyilir.



Bəs Seyran Rəfiyev kimdir?

Gizli yolla Avropaya sığınan S.Rəfiyev Milli Şuranın üzvü, qeyri-leqal “Azəri-Talış” ictimai birliyinin sədr müavini, eyni zamanda separatçı Əlikram Hümbətovun yaxınıdır. Hətta bu ilin yaz aylarında Brüsseldə keçirilən erməni-talış konfransında iştirak edənlərən biri də məhz odur. Azərbaycana qarşı düşmən mövqeyində dayanan Rəfiyevin ermənilərlə iş birliyində olduğu, onlar tərəfindən maliyyələşdirildiyi istisna edilmir. Göründüyü kimi, Rəfiyev separatçıları, Qənimət Zahid də onu dəstəkləyir.

O zaman sual yaranır ki, "AND" hərəkatının separatçı Əlikram Hümbətovla nə əlaqəsi var?

S.Rəfiyev barədə araşdırma aparsanız, təxminən belə ifadələr ortaya çıxır: "İrəvanda, Moskvada və Brüsseldə keçirilən erməni-talış konfranslarının ən fəal iştirakçılarından biri... Ermənilərlə yaxından əməkdaşlıq edən və Azərbaycanın əleyhinə ən kəskin ittihamlarla çıxış edən separatçı...".

N.Cəfərovun statusuna “Azərbaycan Ziyalılar Birliyi”nin sədri müavini olan həmin Seyran Rəfiyev çox “ziyalı” şəkildə, hətta deyərdik ki, akrobatik ifadələrlə cavab verməyə çalışıb. Daha doğrusu, ortaya faktlar qoymaq əvəzinə ən ağır təhqirlərə əl atıb.



N.Cəfərovun statusunda qeyd etdiyi, “AND” hərəkatının digər üzvü Seyran Rəfiyevin qardaşı oğlu Emil Cəfərov “Talış-Muğan Respublikasının Mərkəzi Bankının sədri” (nə qədər cəfəng səslənsə də) vəzifəsini yerinə yetirir.

Daha bir sual: “TMR-in Mərkəzi Bankının sədrinin” Qənimət Zayidovun (Qənimət Zahid) yanında nə işi var? Yaxud, Əli Kərimlinin adamı ilə separatçıları hansı ortaq maraqlar biləşdirir? Bəlkə, ikisi də erməni diasporunun qrantlarından qidalanır?!

Digər bir məqama diqqət yetirək. N.Cəfərovun adını çəkdiyi 3-cü şəxs Vüqar Nİftiyevdir ki, o da birbaşa Zayidovun yanında minnətlə çalışdırdığı, əks halda Azərbaycana deportla şantaj etdiyi qurbanlardan biridir.



Və beləliklə, radikalların Avropada troll şəbəkəsinin necə formalaşdığı ortaya çıxır, Qənimət Zahid və Fikrət Hüseynli öz potensial dəstəkçilərinə arayış verərək Avropaya gətirir, sonra onları şantaj edərək, özlərinin əlaltılarına çevirir.

Qısa araşdırma zamanı məlum olur ki, 2019-cu ilin iyun ayında alman polisi Vüqar Niftiyevi həbs edərək, onu deport etmək istəyib. Bu zaman işə gerçək soyadı Zayidov olan Qənimət Zahid qarışıb. O, hay-küy qaldırıb, nəticədə alman polisi tərəfindən döyülüb.

Bu mənzərədən belə görünür ki, müxalifətin Avropadakı "xaç atası" Zayidov təkcə erməni və İran xüsusi-xidmət orqanları ilə gizli əməkdaşlıq etmir, həm də Avropada talış separatçıları şəbəkəsinin yaradılmasında, onların Avropaya gəlməsində və himayə edilməsində dirijor rolunu oynayır.

Qənimət Zayidov, sən nəymişsən?!

Yeri gəlmişkən, oxucular soruşa bilər ki, bu nə soyaddır, Zayidov kimdir? Haşiyə çıxaraq bildirək ki, Zayidov Şamaxıda yaşayan həbəş qaraçılarındandır. Özünü azərbaycanlı kimi təqdim edən Zayidov (Qənimət Zahid) əslində qaraçı tayfasının nümayəndəsidir. O, müxtəlif vaxtlarda “verbovka” olunub. Xarici xidmət orqanlarının əlində vaxtilə eyş-işrətə başı qarışan Zayidovun xeyli ədəbsiz şəkilləri var və vaxtaşırı həmin görüntüləri dövriyyə buraxaq onu şantaj edirlər. Bu şəkildəki kimi...



Azvision.az


Teqlər: Müsavat   AXCP   Əli-Kərimli   Qənimət-Zahid  





Xəbər lenti