İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verdi

 İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verdi
  27 Noyabr 2019    Oxunub:2901
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Azvision.az


Teqlər: Albaniya   Prezident   İlham-Əliyev  





Xəbər lenti